Hüquqi yardım üçün

Bizə müraciət edin

Rəşad Vəkil
Güclü müdafiə

Ədalətli həll

Bir addım öndə, hüquqi həll təklif edərək, Ədalət və dürüstlük üçün çalışırıq.

Peşəkar hüquqi yardim

Böyük təcrübəmiz sayəsində hər növ hüquqi məsələni həll etməkdə özümüzə güvənirik

Sürətli cavab qarantiyası

Suallarınızı vaxt itirmədən, ən qısa zamanda cavablandırırıq

Müştəri Məmnuniyəti

Bu günə qədər bütün müştərilərimizin məmnuniyyəti, işimizdə nə qədər bacarıqlı olduğumuzun göstəricisidir
Rəşad Cəbrayılov
Vəkil Rəşad Cəbrayılov

Haqqında

11 fevral 1979-cu il təvəllüdlü hüquqşünas Rəşad Cəbrayılov hüquq sahəsində böyük nailiyyətlər əldə etmiş şəxsdir. 2000-ci ildə universiteti müvəffəqiyyətlə bitirdikdən sonra 2002-ci ildə cinayət hüququ və cinayət prosesi ixtisası üzrə magistr dərəcəsi alaraq hüquqşünaslıq sahəsində biliklərini daha da artırıb.

2000-ci ildə hüquqşünas kimi fəaliyyətə başlayıb, müxtəlif şirkətlərdə çalışıb və böyük uğurlar qazanıb. 2007-ci ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi vəkillik fəaliyyətinə başlamışdır və bu gün də bu sahədə uğurla fəaliyyət göstərir.

Hüquqi Xidmət Göstərdiyim Sahələr

Mülki Hüquq

Sizə mühüm hüquqi məsələlərinizdə tam dəstək təqdim edirik. Mülkiyyət haqlarınızı qoruyur, əmlak münasibətlərinizi düzgün şəkildə həll edir və müqavilələr və digər hüquqi məsələlər üzrə effektiv çözümlər sunuram.

Cinayət Hüququ

Cinayət işlərində müdafiənizi təmin edir, ittiham edildiyiniz və ya məruz qaldığınız cinayətlərlə bağlı effektiv müdafiə strategiyaları təklif edir və hüquqi proseslərdə sizə yüksək keyfiyyətli hüquqi yardım göstəririk.

Ailə Hüququ

Sizə ən münasib hüquqi dəstəyi təklif edərək, nigah sazişinin bağlanması, nigahın pozulması, adın, ata adının və soyadın dəyişdirilməsi, övladlığa götürmə, aliment və uşaq hüququ və s. kimi ailə hüququ məsələlərində müstəqil və həssas yanaşma təmin edirik.

Məhkəmə Qərarlarının İcrası

Məhkəmə qərarlarının düzgün şəkildə icrası üçün lazım olan prosedurları izah edir, icra proseslərində sizi müvafiq şəkildə təmsil edir və hüquqi məsələlərinizdə məqsədə uyğun nəticələr əldə etməyə kömək edirik.

Kommersiya

Hüquqi şəxslərin fəaliyyətinin qanuni tənzimlənməsi, mülki dövriyyənin iştirakçıları arasındakı mübahisələr, müqavilə hüququ, müqavilələrdən əmələ gələn öhdəliklər, və s. kimi kommersiya sahəsindəki hüquqi məsələlərinizi effektiv şəkildə həll etməyə kömək edirik.

Gömrük və Vergi Problemləri

Gömrük və vergi problemləri sahəsində məsələlərinizi həll etməyə kömək edir və sizi hüquqi prosedurlar və tədbirlər haqqında məlumatlandırır, müvafiq dövlət qurumlarında təmsil edir və effektiv hüquqi dəstək təqdim edirik.
Sualınız Var ?

Tez-tez soruşulan suallar

Bir vəkil, hüquqi məsələlərdə ixtisaslaşmış və hüquqi proseslərdə sizə rəhbərlik edə biləcək bir profesioneldir. Hüquqi problemlərlə üzləşdikdə, vəkiliiz sizə hüquqlarınızı izah edəcək, işinizi idarə edəcək və hüquqi proses boyunca sizi dəstəkləyəcəkdir.
Hüquqi proses probleminizin çətinliyindən, qarşı tərəfinin necə cavab verdiyindən və məhkəmələrin sıxlığından asılı olaraq dəyişə bilər. Bəzi işlər bir neçə həftə ərzində nəticələnə bilər, bəziləri isə illər çəkə bilər.
Hüquqi proses qarmaşıq ola bilər və hüquqi prosedurları başa düşmək vaxt tələb edə bilər. Hüquqi prosesdə yanlış addımlar atmaq, durumunuzu daha da qarmaşıq hala gətirə bilər. Bu səbəbdən, mütəxəssis bir vəkil rəhbərliyi əsasən məsləhət görülür.
İndi Bizimlə

Əlaqə Saxla

Aşağıdakı düyməni kliklədikdən sonra 1 dəqiqə gözləyin